Tavan U profili


Tavan U profili, alçıpan tətbiq olunan sistemlərdə, tavanın və yan divarların daşıyıcı konstruksiyasının formalaşması üçün, perimetr boyu U profilinin çəkilməsi ilə yaradılır.  Və beləliklə perimetr boyu çəkilmiş U profili sistemin karkası rolunu oynayır. Tavan C profili tətbiq edilən sistemlərdə Tavan U profilinində istifadəsi mütləqdir. Tavan C profili, U profilinin içərisinə salınaraq sistemin skeletini formalaşdırır. C profili U profilinə xüsusi şuruplar vasitəsi ilə bərkidilir.

Tavan U profilləri sinklənmiş metal sacın formaya salınması ilə əldə edilir.

Fabrikimiz tərəfindən xüsusi ilə dizayn edilmiş Tavan U qəlibi, profili xüsusi qabırğalar yaradılaraq istehsal edilməsinə imkan verirki, buda nəticə etibarı ilə istehsal olunan profilin daha möhkəm və sərt olması şərait yaradır. Profillər beynəlxalq  keyfiyyət standartlarına cavab verir.

Qalınqlıqlar: 35, 40, 45, 50, 55mm.

Sink qatı: 120-150gr/m2

Uzunluq: 3000mm