Tavan C profili


Tavan C profili, alçıpan tətbiq edilən tavan və yan divarlarda, profillərdən ibarət metal konstruksiyanın əsas elementi sayılır və yük götürən ana skeleti formalaşdırır. Bu tip sistemlərdə tavan u profilinin istifadəsi mütlərdir. Beləliklə C profili, perimetr boyu çəkilmiş  U profilinin içərisinə keçirilərək ana skelet formalaşdırılır. Daha sonra C profili U profilinə xüsusi şuruplar vasitəsi ilə bərkidilir.

Tavan C profilləri sinklənmiş metal sacın əyilərək formaya salınması ilə əldə edilir.

Fabrikimiz tərəfindən xüsusi dizayn ilə hazırlanmış  Tavan C qəlibi, profili xüsusi qabırğalar yaradılaraq istehsal edilməsinə imkan verirki, buda nəticə etibarı ilə istehsal olunan profilin daha möhkəm və sərt olması şərait yaradır. Profillər bütün beynəlxalq keyfiyyət standartlarına cavab verir və klips tətbiq edilməklə istifadə edilə bilir.

Qalınqlıqlar: 35, 40, 45, 50, 55mm.

Sink qatı: 120-150gr/m2

Uzunluq: 3000mm

H*En*H: 27*60*27mm