Divar C profili

Divar C profili, alçıpan tətbiq olunanmaqla yaradılan arakəsmə divarlarında, daşıyıcı konstruksiyanın formalaşması üçün, ana skelet rolunu oynayır. Divar C profili tətbiq edilən sistemlərdə Divar U profilinində istifadəsi mütləqdir. Divar C profili, U profilinin içərisinə keçirilərək ana skelet formalaşdırılır. Daha sonra C profili U profilinə xüsusi şuruplar vasitəsi ilə bərkidilir. Divar C profilləri sinklənmiş metal sacın əyilərək formaya salınması ilə əldə edilir. Fabrikimiz tərəfindən xüsusi ilə dizayn edilmiş Divar C qəlibi, profili xüsusi qabırğalar yaradılaraq istehsal edilməsinə imkan verirki, buda nəticə etibarı ilə istehsal olunan profilin daha möhkəm və sərt olması şərait yaradır.  

Qalınqlıqlar: 35, 40, 45, 50, 55mm.

Sink qatı: 120-150gr/m2

Uzunluq: 3000mm